Koreya səfirliyi məcburi köçkünlərə dəstək məqsədilə layihələr həyata keçirir
Tarix: 31.10.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Azərbaycandakı səfirliyi, ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayil Rayon İcra Hakimiyyətinin dəstəyi ilə oktyabrın 28-29-da Biləsuvar rayonunda layihə həyata keçirilib.
Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək məqsədilə həyata keçirilən layihə bir necə hissədən ibarət olub.
Layihə çərçivəsində 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirakı ilə “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra şagirdlərə səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreyanın “Halla” Korporasiyası, “Samsung Engineering” və “LG Electronics” şirkətləri tərəfindən məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu Biləsuvarda olub, şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla layihə barədə aparılan müzakirələr zamanı layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində səfir şəhid ailəsinə də baş çəkib. Ailəyə səfirliyin və Koreya şirkətlərinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info