500-dən çox əlil iş yerləri ilə təmin edilib
Tarix: 31.10.2016 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında əlavə olaraq daha 501 nəfər əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin olunub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
onlardan 158 nəfərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təminatı həyata keçirilib.
 
Bununla yanaşı, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün xidmətin əmək birjaları vasitəsilə qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir qismini əlilliyi olan şəxslər təşkil edib.
 
Yanvar-sentyabr aylarında nazirlik tərəfindən 353 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına da cəlb edilib. Həmin şəxslərdən 131 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına, 222 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info