DGK sədri: “Gömrük orqanları büdcə proqnozunu yerinə yetirib“
Tarix: 31.10.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın ƏliyevAlmaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrabı qəbul edib.
 
DGK-nın Mətbuat Xidmətindən verilən məlumata görə, A. Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan DGK sədri bu əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirmiş, əməkdaşlıq mühitinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan DGK sədri hələ 2007-ci ildə Almaniya Gömrük İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb, bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirib, ümumilikdə bu sahədə perspektivlərdən danışıb, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan gömrük xidməti tərəfindən kadr potensialının gücləndirilməsi işinə xüsusi önəm verildiyini diqqətə çatdıran A. Əliyev Almaniyanın dünyaca məşhur təhsil ocağı olan Münster Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən də bəhs edib, Azərbaycanda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  konfransında, eləcə də “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında  bu ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakını münasibətlərin daha da genişləndirilməsinə verilən önəmli töhfə kimi dəyərləndirib.
 
İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan Komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd edib, bu ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xüsusilə 1100 kq-dan artıq narkotik vasitə - heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirib.
 
M. Kindsqrab Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizlə tanışlığın onda xoş təəssüratlar yaratdığını ifadə edib. Ölkələr arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib, ölkəmizdə gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açıb.
 
Almaniya və Azərbaycan arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan M. Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak  edəcəyini diqqətə çatdırıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info