“Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”
Tarix: 31.10.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Rodriqo Mayanın parlament sədri kimi ölkəmizə ilk səfərinin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, parlamentarilərin qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsinə imkan yaradır.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışan Oqtay Əsədov deyib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə biznes forumların təşkili xüsusilə əhəmiyyətlidir. Sədr bildirib ki, 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 120 milyon dollar olub, 2016-cı ilin doqquz ayı ərzində isə bu rəqəm 150 milyon dollara çatıb. O.Əsədov bu artımın iki ölkənin potensialından aşağı olduğunu əlavə edib.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Braziliya hökumətinə təşəkkür edib. Braziliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən O.Əsədov bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçı siyasətini pisləyən birgə bəyanat qəbul olunmasına görə də minnətdarlığını bildirib.
Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri Rodriqo Maya ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. O, səfərin əsas məqsədinin bununla bağlı müzakirələr aparılması olduğunu diqqətə çatdırıb. Parlamentin sədri Azərbaycan ilə Braziliya arasında neft-qaz, turizm sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Turizm əlaqələrindən danışan Rodriqo Maya Braziliyada Azərbaycanın daha yaxından tanıdılmasının əhəmiyyətini vurğulayıb.
Rodriqo Maya Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarı olduğunu söyləyib.
Görüşdə Oqtay Əsədov Rodriqo Mayanın Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib. Milli Məclisin sədri fəxri diplomu Rodriqo Mayaya təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info