Raxoy İspaniya hökumətinin başçısı kimi and içib
Tarix: 31.10.2016 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Mühafizəkar Xalq Partiyasının lideri Mariano Raxoy İspaniya hökumətinin sədri qismində and içib. Mərasim Madrid şəhərindəki “Sarsuela” kral iqamətgahında monarx VI Filippin iştirakı ilə baş tutub.
TASS informasiya agentliyi xəbər verir ki, Raxoy Tövratın yanında qoyulmuş İspaniya konstitusiyasına əlini qoyaraq “öz vəzifəsini vicdanla yerinə yetirəcəyinə” və “krala və konstitusiyaya sadiq qalacağına” and içib. Xalq Partiyasının 61 yaşlı lideri 2011-2015-ci illərdə də hökumət başçısı postunu tutub. Baş nazirin noyabrın 3-də yeni hökumətin heyətini təqdim edəcəyi gözlənilir. Xatırladaq ki, oktyabrın 29-da Deputatlar Konqresi (parlamentin aşağı palatası) ikinci səsvermənin gedişində Raxoyun Baş nazir postuna namizədliyini təsdiqləyib. İspaniyada artıq 10 ay idi ki, daimi hökumət formalaşdırmaq mümkün olmurdu. Belə ki, parlamentdə təmsil olunan partiyalar kabinetin qurulması məsələsinə dair razılığa gələ bilmirdi. Bu səbəbdən ölkədə iki dəfə - ötən il dekabrın 20-də və bu il iyunun 26-da parlament seçkilər keçirilmişdi. İspaniya Sosialist İşçi Partiyasının federal komitəsinin parlamentdə Raxoyun əleyhinə səs verməmək və bitərəf qalmaq qərarı ölkədə üçüncü seçkinin qarşısını alıb. Lakin Xalq Partiyasının ənənəvi rəqibi olan İspaniya Sosialist İşçi Partiyasının üzvləri güzəştə getməklə razılaşmayıb ki, bu da sosialistlərin düşərgəsində ciddi partiyadaxili böhran və baş katib Pedro Sançesin istefası ilə nəticələnib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək
18.03.2019
Malidә hәrbi bazaya hücum edilib
18.03.2019
ABŞ-a mәxsus PUA yerә çırpılıb
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info