“Ukraynanın əsasını feodalizm, münasibətlərin əsasını isə korrupsiya təşkil edir”
Tarix: 31.10.2016 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Ukraynalı deputat, ictimai xadim və siyasətçi İqor Lusenko yerli “112” telekanalına müsahibə verib. Qeyd edək ki, əmək fəaliyyətinə jurnalist kimi başlayan Lusenko etiraf edir ki, o, həmişə jurnalistlərə məsləhət görüb ki, fəal və fəal olmayanları bir-birindən ayırsınlar.
O, ironiyalı şəkildə deyib ki, hazırda ölkəsində "lobbiçilər" adlanan bir qrup var ki, onlar az pul alaraq ölkə iqtisadiyyatının inkişafına yardım edir: “Lakin ən böyük problemlərdən biri bundan ibarətdir ki, onlar bütün bu işləri gizli şəkildə həyata keçirirlər. Bir qayda olaraq lobbistlər ixraca işləyirlər ki, bu da bizim valyuta mövqeyimizi yaxşılaşdırır. Təbii ki, burada istehza var. Çünki bizdə lobbiçlər çox az halda lazım olan işə lobbiçilik edirlər. Mən daha çox açıq fəaliyyət göstərən lobbiçilərin fəaliyyətinə dəyər verirəm. Lakin pul alıb özlərini ictimai fəal kimi qələmə verənlər cəmiyyətdə dezinformasiya təbliğ edirlər. Onlar “antikorrupsiya” adı altında korrupsiyanın inkişafına vüsət vermiş olurlar. Hətta bu barədə, Amerika səfirliyinin qrant bölgüsündə yanlışlığa yol verdiyi-bəzilərinə çox, bəzilərinə isə az qrant verdiyi barədə yazılmışdı. Mənim fikrimcə, bütün bunlar ölkədə kadr dəyişikliyinə hesablanmış bir addım idi. Bu, Amerika səfirliyinin ən uğursuz addımlarından biri kimi dəyərləndirilməlidir. Amerikalı səfir dostluq etdiyi gənc “avrooptimist» gənclərə yüksək qrant verməklə korrupsiyanın genişlənməsinə yol açmış oldu. Beləliklə, ABŞ-da mövcud olan “ABŞ korrupsiyası” bizdə də belə meydana gəlmiş oldu”. O qeyd edib ki, demokratiya Ukrayna cəmiyyətində işləmir: “Bizdə demokratiyanın formasını dəyişməyin vaxtı çatıb. Ona görə ki, demokratiya bizim sistemdə açıq-aydın işləmir. Ukraynanın əsasını feodalizm təşkil edir, korrupsiya isə bizim münasibətlətin əsasını təşkil edir. Biz səsi yaramazlara veririk, lakin bəla burasındadır ki, onlar da çox maraqsız yaramazlardır. Daha bundan da artıq pisini gözləməyə dəyməz, ona görə ki, artıq bundan o yanası mövcud deyil”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir
16.03.2019
Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info