“Naxçıvan Məhsulları” MMC fəaliyyətə başlayıb
Tarix: 01.11.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılır. Bu məqsədlə aqrar-sənaye kompleksi inkişaf etdirilir, daxili bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Hər il yeni müəssisələr fəaliyyətə başlayır, keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dünən “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələri və anbarları istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal müəssisələrinin fəaliyyəti yaxşılaşdırılır, istehsal olunan məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etməkdən ibarətdir. Bu gün muxtar respublikada 150-dən çox qapalı və dövlət tərəfindən təminatı həyata keçirilən müəssisələr vardır. Bu müəssisələrin ərzaq məhsulları ilə təchizatının əsas hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasından sonra qapalı müəssisələrin təminatının idxal hesabına ödənilməsinin qarşısı alınmış, bu müəssisələrin tələbatının tamamilə yerli məhsullar hesabına ödənilməsi təmin edilmişdir”. Ali Məclisin Sədri deyib ki, muxtar respublikada həyata keçirilən bu tədbirlər daxili bazarda yerli istehsalın həcminin artmasına, yeni iş yerlərinin yaradılmasına, dövlət vəsaitlərinin ölkə daxilində qalmasına və səmərəli istifadəsinə imkan verib: “Daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması müəssisənin qarşısında duran növbəti vəzifələrdir”. Vasif Talıbov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal müəssisələrində keyfiyyətə daha ciddi nəzarət etməli, uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr yüksək keyfiyyət standartlarına malik yerli məhsullarla təmin edilməlidir. Məlumat verilib ki, müəssisənin ərazisində tikinti-quraşdırma işləri aparılıb, yeni avadanlıqlar, avtoyükləyici və yük avtomobilləri alınıb. Müəssisədə makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri, müxtəlif temperatur rejimində və rütubətsiz şəraitdə fəaliyyət göstərən 4 soyuducu anbar, iş və xidmət otaqları yaradılıb, 50 yeni iş yeri açılıb. Soyuducu anbarlara tələbata uyğun kənd təsərrüfatı məhsulları tədarük olunub. İstehsal və qablaşdırma sahələrinin yaradılması muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçılıq təsərrüfatlarında istehsalın həcminin artmasına imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info