“Qarabağ” Bakıdakı görüşdə göstərdi ki, çox güclü rəqibdir”
Tarix: 01.11.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Avropa Liqasında “Qarabağ”la matç öncəsi derbidə qələbə qazanmaq çox önəmli idi. Bu, davamlılıq baxımından bizə çox lazımdır”.
Bunu PAOK-un yarımmüdafiəçisi Xose Kanas deyib. Yunanıstan Super Liqasının VII turunda AEK-i qəbul edən “Qarabağ”ın Avropa Liqasındakı rəqibi son dəqiqə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra klubun rəsmi saytına danışan Kanas “Qarabağ”la qarşıdakı görüşə də toxunub. İspaniyalı orta sahə oyunçusu təmsilçimizdən çəkindiklərini etiraf edib. Buna baxmayaraq, 29 yaşlı oyunçu öz meydanlarında qələbə qazanmağı hədəflədiklərini vurğulayıb: “Qarabağ” Bakıdakı görüşdə göstərdi ki, çox güclü rəqibdir. Səfər matçında başa düşdük ki, onlara meydanda boş sahə vermək olmaz və dayanmadan mübarizə aparmaq lazımdı. Rəqib ani səhvdən maksimum yararlanmağı bacaran komandadı. Çox çətin olacaq. Matça yüksək əhvali-ruhiyyədə hazırlaşırıq və pessimist deyilik. Salonikidəki oyunda erkən qol vurmağa çalışacağıq. Nəyin bahasına olursa-olsun, mütləq qələbə qazanmaq istəyirik”. AEK-lə oyun haqda da fikirlərini bildirən Kanas qələbəyə layiq olduqlarını söyləyib: “AEK-ə qarşı yüksək tempdə çıxış etdik. Bu cür oynamağa artıq öyrəşmişik. Şəxsən mən bütün görüşlərdə 3:0 hesablı qələbə qazanmağımızı istəyirəm. Amma bu, hər dəfə mümkün olmur. AEK-in bizə nə kimi problemlər yaradacağını bilirdik. Bunun üzərində çalışmışdıq və bəhrəsini də gördük. Bu gün qələbəyə layiq olan tərəf arzusuna çatdı”. Qeyd edək ki, PAOK Avropa Liqasının IV turu çərçivəsində noyabrın 3-də “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən görüşdə təmsilçimiz qalib gəlmişdi - 2:0.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info