Beşqat dünya çempionu Rafael Ağayev
Tarix: 01.11.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq böyük
şərəfdir”


“Hər dəfə arenaya çıxanda qalib gəlib Vətənin idman şərəfini qorumağa çalışıram. Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq mənim üçün böyük şərəfdir”.
Bu sözləri Avstriyanın Lints şəhərində keçirilən karate üzrə Dünya Çempionatında beşinci dəfə çempionluğunu bayram edən Azərbaycan milli komandasının üzvü Rafael Ağayev səsləndirib. Beşqat dünya çempionu keçirdiyi hisləri ifadə edərək deyib: “Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Növbəti qızıl medalımı da xalqıma, ailəmə və sevdiklərimə həsr edirəm. Düşünürəm ki, Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirmək hər bir idmançının borcudur. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Federasiya rəhbərliyinə, müəllimlərimə və eləcə də biz idmançılara dəstək olan hər kəsə minnətdaram”. Xatırladaq ki, 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız finalda misirli karateçi Ömər Əbdül Rəhman ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək beşinci dəfə planetin ən güclü karateçisi adına yiyələnib. O, həm də 13 dəfə Avropa çempionu olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info