“Azərbaycan Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi”
Tarix: 01.11.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


”Biz həmişə özümüzü Azərbaycanda rahat hiss edirik. Bu forumun formatı çox vacibdir. Biz yeni layihə və perspektivlər gözləyirik. Rusiya Azərbaycan ağır postsovet böhranından çıxan ölkələrdir. Azərbaycan vacib regional dövlətə, Rusiya isə böyük ölkəyə çevrilib”.
 
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumda çıxışı zamanı Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
 
İki ölkənin beynəlxalq aləmdə müstəqil siyasət yürütdüyünü deyən R. Abdulatipov qeyd edib ki, Rusiyaya sanksiyalar tətbiq olunanda, Azərbaycan bu sanksiyaları dəstəkləməyib: “Buna görə də Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm. Təəssüf ki, ABŞ dünyada sabitliyin bərpasında vacib rol oynamalı olduğu halda münaqişələrin mənbəyinə çevrilir. Bu ölkədə prezidentliyə namizədlər ABŞ-ın xeyrinə yox, Rusiyanın əleyhinə kampaniya aparırlar”. 

Dağıstan Respublikasının Azərbaycanla əlaqələrinə gəldikdə isə R. Abdulatipov 3 il ərzində rəhbərlik etdiyi respublikanın Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk “beşliyə” düşdüyünü vurğulayıb: “Mən Dağıstana gələndə, respublikada iqtisadi durum yaxşı deyildi, yanında uğurla inkişaf edən Azərbaycan var idi. Lakin aralarında heç bir iqtisadi və mədəni əlaqələr yox idi. 3 il ərzində Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk “beşliyə” düşdük. Dağıstan informasiya təbliğatına baxmayaraq, Rusiyanın ən sakit regionlarından biridir. Təəssüf ki, Dağıstanın çoxlu sayda daxili düşmənləri var. Biz Xəzər dənizinin statusu ilə bağlı məsələdə pis işləyirik. 25 ildir Xəzərin dibinin statusu ilə bağlı danışıqlar aparırıq, bu müddətdə buraya üçüncü tərəflər daxil olur. Bu barədə sabah fikirləşəndə, deyəcəyik ki, bizə işləməyə mane olurlar”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info