Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb
Tarix: 01.11.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.
 
Bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində iki ölkə arasında Qəbələ rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair saziş, Nərimanov rayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq barədə niyyət protokolu, Rusiyanın Həştərxan vilayətinin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa saziş, "Azpromo" ilə Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında memorandum, "Azpromo" və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Forum çərçivəsində həmçinin, "Bentonit" MMC, "ADY Exspress" MMC və “AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın "Glass House" şirkəti ilə Dağıstanın "Xəzər Vərəqə Şüşə Zavodu" ASC arasında mallar təchizatı üzrə niyyət sazişi imzalanıb.

Daha sonra VII Azərbaycan-Rusiya Regionlararası Forumunda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub. Medalı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovtəqdim edib. Qeyd edək ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Həştərxandakı fəaliyyətinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info