ABŞ hərbçiləri Haaqa Məhkəməsinə çıxarılacaq?
Tarix: 01.11.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cinayət Məhkəməsi ABŞ hərbçilərinin Əfqanıstanda insanlığa qarşı törətdikləri cinayətlərin istintaqına başlamaq niyyətindədir. Bu barədə «Foreign Policy» jurnalı əldə etdiyi mənbələrə instinadən xəbər verir.
Jurnalın yazdığına görə, Beynəlxalq Cinayət Məhkəməsindən olan prokuror Fatu Bensuda istintaqın növbəti bir neçə həftə ərzində başlayacağı barədə məlumat versə də, yəqin ki, istintaqın ABŞ-dakı prezident seçkilərindən -8-noyabrdan sonra reallaşacağı ehtimal edilir. Jurnalın verdiyi başqa bir məlumata görə , bir müddət bundan əvvəl Haaqaya səfər edən ABŞ rəsmiləri mümkün istintaqın başlama müddətini müzakirə etməklə yanaşı, öz narahatlıqlarını da dilə gətiriblər.
Qeyd edək ki, aparılan təhqiqatlar hələ 2003- 2005-ci illərdə amerikalı hərbçilərin Əfqanıstanda həyata keçirdikləri vəhşilikləri üzə çıxarmışdı. Bununla bağlı faktlar barədə ABŞ rəsmiləri məlumatlandırılsa da, bu ölkə rəhbərliyi heç bir cavab tədbirləri həyata keçirməmişdi.
Beynəlxalq Cinayət Məhkəməsinin son bir illik hesabatında «İddia edilən cinayət xüsusi amansızlıqla törədilərək, insanların ləyaqətini alçaldan» hərəkətlərə yol verildiyi xüsusi olaraq qeyd edilib.
Bensuda, istintaqın «Sərhədsiz həkimlər»lə birgə Əfqanıstanın Kunduz əyalətində birgə keçirməyin mümkünlüyüni istisna etmir. Xatırladaq ki, ABŞ hərbi təyyarələrinin ötən il bu bölgədə hava zərbələri zamanı onlarla dinc sakin həyatını itirmişdi.
Lakin problem budur ki, hətta bu cinayətlər sübut ediləcəyi təqdirdə, prokuror hər hansı bir amerikalı hərbçini ittiham etmək iqtidarındadırmı? Qəribəsi budur ki, haaqalı prokuror bu məsələyə də tərəddüdlə yanaşır. «Bunun üçün biz, ilk olaraq, təkzibediləmz faktlar əldə etməyə çalışmalıyıq. Ona görə də, biz hazırda bütün fəaliyyətimizi bu istiqamətə yönəltmişik». Bu fikirləri Fatu Bensudaya istinad edən «Foreign Policy» jurnalı yazır.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi, ümumən götürsək, ilk icraat zamanı heç bir şahid ilə sorğu aparmamaqla yanaşı, onların ifadələrini də almaq səlahiyyətində deyil. Bundan əlavə, bu təşkilat məhkəmə ekspertizası ilə də məşğul olmur. Onu da xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ilə Vaşinqton arasındakı münasibətlər Corc Buşun prezidentliyi dövründə kəskin dərəcədə pisləşmişdi. Lakin son bir neçə il ərzində münasibətlərdə xeyli yaxşılaşma nəzərə çarpmaqdadır.
Bir daha xatrlatmaq yerinə düşər ki, ABŞ hərbçiləri 2011-ci ildə Əfqanıstana «Taliban» rejimini devirmək üçün yeridilmişdi. Bundan əlavə, amerikalı hərbçilərin ümdə vəzifələrindən biri bu ölkədə gizlənməsi ehtimal edilən «Əl-Qaidə» terror təşkilatına qarşı mübarizə aparmaqdan ibarət olmalı idi. Qarşılıqlı razılaşmaya əsasən, ABŞ hərbçilərinin 2014-cü ildə Əfqanıstandan çıxarılacağı planlaşdırılsa da, lakin Kabul yerli təhlükəsizlik qüvvələrinə kömək etmək üçün ABŞ hərbi qüvvələrinin bir hissəsinin ölkədə qalmasına razılıq verib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info