Ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb
Tarix: 30.03.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının ətraf mühitin mühafizəsi istiqamətində prinsipial və sərt mövqe nümayiş etdirməsi, qanun pozucularına qarşı qanunamüvafiq tədbirlər görməsi nəticəsində ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunub, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilibsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilib, 566 iş məhkəmə orqanlarına göndərilib. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilib, 716 iş məhkəmə orqanlarına göndərilib, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilib, 78 iş məhkəmə orqanlarına göndərilib. Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələrin hər il nəzərəçarpacaq dərəcədə artan məbləğində də öz əksini tapıb. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 413 manat daxil olubsa, 2006-cı ildə fonda daxilolma 416 858 manat, 2010-cu ildə 1 096 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 033 564 manat təşkil edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info