Cəlilabadda kənd təsərrüfatının ənənəvi sahələri bərpa olunur
Tarix: 01.11.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Cəlilabad şəhərində Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən noyabrın 1-nin ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq aqrar sahədə çalışanları əlamətdar gün münasibətilə təbrik edib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışan Ə.Əzizov Cəlilabad rayonunda kənd təsərrüfatının dinamik inkişaf etdiyini, ənənəvi əkin sahələrinin bərpa olunduğunu diqqətə çatdırıb.
Çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həyata keçirilən tədbirlərdən və mövcud problemlərdən danışıb, ölkəmizdə məhsul bolluğu yaradılmasında aqrar bölmədə aparılan islahatların əhəmiyyətini yüksək dəyərləndirib və məhsul istehsalçılarına göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info