Pərviz Müşərrəfə ayaqqabı atdılar
Tarix: 30.03.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Böyük Britaniya və Dubayda sürgün həyatından sonra ölkəsi Pakistana qayıdan keçmiş dövlət başçısı Pərviz Müşərrəf haqqındakı ittihamlardan müdafiə olunmaq üçün çıxdığı məhkəmədə ayaqqabı hücumuna məruz qalıb.
Karaçidəki Sindh Ali Məhkəməsində aparılan məhkəmə prosesində iştirak etmək üçün məhkəmə salonuna gələn Müşərrəf burada bir qrup vətəndaşın etirazı ilə qarşılaşıb. Hadisənin gərginləşdiyi məqamda isə etiraz edənlərdən biri ayaqqabısını çıxardaraq Müşərrəfə atıb. Ayaqqabının Müşərrəfə dəyib-dəymədiyi isə adamların sıxlığı ucbatından müəyyən edilə bilməyib.
Xatırladaq ki, 1999-cu ildə hərbi yolla iqtidara gələn Müşərrəf 2007-ci ildə Bənazir Buhuttonun öldürülməsi ilə bağlı iddiada və fövqəladə hal elan olunmasında vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır. Haqqındakı ittihamlardan müdafiə olunmaq istəyən Müşərrəf bu gün gəldiyi məhkəmə zalında haqqındakı qoruyucu zəmanət müddətinin uzadılmasını tələb edib.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info