“Münaqişənin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur”
Tarix: 02.11.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun artıq yaxşı ənənəyə çevrildiyini deyən rusiyalı qonaqlar belə tədbirlərin ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik yaratdığını vurğulayıblar. Forumun gedişi barədə Azərbaycanın Baş nazirinə məlumat verən qonaqlar bildiriblər ki, tədbirin rəsmi açılışından sonra sənaye, turizm, aqrar, humanitar bölmələr üzrə “dəyirmi masa”larda davam edən müzakirələr zamanı konkret istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Hər iki ölkə rəsmilərinin iştirak etdikləri tədbirə, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların da qatılmasını səmərəli təcrübə adlandıran qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər. Azərbaycan iqtisadiyyatının uğurları, qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə qonaqlara məlumat verən Baş nazir Artur Rasizadə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Baş nazir vurğulayıb ki, bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur. Baş nazir Forum iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq əmin olduğunu bildirib ki, əvvəlki illərdə keçirilən forumlar kimi, bu Forum da Azərbaycan-Rusiya iqtisadi-humanitar əlaqələrinin inkişafını stimullaşdıracaq. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info