Qətərlə Birgə Komissiyanın işinin təşkili müzakirə edilib
Tarix: 02.11.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə bu ölkədə səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi ilə Dohada 30 ölkədən 146 nümayəndə heyətinin iştirakı ilə keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olub. Səfər zamanı, həmçinin nazir Kəmaləddin Heydərovun Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşü olub. Görüşdə Qətərin Baş naziri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirib. Kəmaləddin Heydərov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən cari ilin martında Qətər Əmirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafina xüsusi təkan verdiyini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinin təşkili ilə bağlı məlumat verib, o cümlədən FHN ilə Qətərin müvafiq qurumları arasında mövcud əməkdaşlıq münasibətlərindən geniş bəhs edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə də görüşüb. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taninin birgə təşəbbüsü əsasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilib. Bununla əlaqədar hazırki mərhələdə qarşılıqlı maraq doğuran istiqamətlər müəyyən olunaraq, yaxın zamanlarda Birgə Komissiyanın ilk iclasının təşkili məqsədəuyğun hesab edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info