Vaşinqtonun iş adamları Azərbaycanla əməkdaşlıda maraqlıdırlar
Tarix: 02.11.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Noyabrın 1-də Vaşinqton şəhərinin Kiçik və yerli biznes inkişafı departamentinin təşkilatçılığı ilə Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ-ın paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.
 
Səfirlikdən bildirilib ki, görüşdə bu il sentyabrın 15-16-da ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərlə yanaşı, bu ölkənin Ticarət Nazirliyi, Vaşinqton şəhəri merinin ofisi və Kiçik və yerli biznes inkişafı departamentinin nümayəndələri iştirak edib. Paytaxt Vaşinqtonun Kiçik və Yerli Biznes İnkişafı Departamentinin beynəlxalq proqram üzrə meneceri Conatan Bredi bildirib ki, Azərbaycana səfər çərçivəsində İqtisadiyyat, Təhsil və Mədəniyyət və Turizm nazirlikləri, ADA Universiteti və AZPROMO-da, potensial biznes tərəfdaşları ilə görüşüblər. O, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə  ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini söyləyib.
 
Səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışıb, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirib. Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu bildirib, “İpək Yolu”nun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info