“2014-cü ilədək Malidə cəmi 1000 əsgər qalacaq“
Tarix: 30.03.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Paris ilin sonunadək Malidəki hərbi kontingentinin sayını min nəfərə çatdırmaq niyyətindədir.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə Fransa prezidenti Fransua Olland televiziyaya müsahibəsində bəyan edib. “Aprelin sonunda biz qoşunların çıxarılmasına başlayacağıq. Hal-hazırda orada 4 min hərbçimiz var. İyulda Malidə 2 minədək əsgər qalacaq, ilin sonuna isə cəmi 1000 nəfər”-deyə prezident bildirib və qeyd edib ki, ehtiyac yarandıqda Fransanın Malidəki hərbi iştirakı istənilən zaman gücləndirilə bilər. Ollandın sözlərinə görə, Fransa hərbi əməliyyatların əvvəlində qarşısına qoyduğu əsas vəzifələrin həllinə nail olub: “Biz əsas məqsədimizə - terrorçuların irəliləməsinin dayandırılmasına nail olduq. Bunu edə bildik. İkinci vəzifə - terrorçuların zəbt etdiyi şəhərlər üzərində nəzarəti bərpa etmək - buna da nail olduq”. Xatırladaq ki, Fransa hərbçiləri yanvarın 11-dən Malidə islamçı silahlılara qarşı hərbi əməliyyatlar həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info