ABŞ-da seçkiöncəsi qeyri-müəyyənlik dolları ucuzlaşdırır
Tarix: 02.11.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


ABŞ-da prezident seçkilərində qeyri-müəyyənliyin artması səbəbindən bu gün dünya bazarında dolların məzənnəsi ucuzlaşıb.
 
Rusiya KİV-ləri xəbər verir ki, dolların ucuzlaşmasına investorların narahatlığı və Yaponiya ieni kimi digər təhlükəsiz valyutalara tələbatının artması səbəb olub.
 
Qeyd edək ki, oktyabrın 28-də ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin Hillari Klintonun dövlət qulluqçusu zamanı özəl server vasitəsi ilə elektron poçtdan istifadə etdiyini müəyyənləşdirmək məqsədilə yeni məlumatları araşdırdıqlarını bəyan etdikdən sonra ictimai rəyin öyrənilməsi üçün aparılan sorğularda respublikaçı namizəd Donald Trampın qələbəyə şanslarının yüksəldiyi məlum olub.  Bununla da, ABŞ-ın milli valyutasının məzənnəsi avroya nisbətdə 3 həftəlik, iena qarşı isə 12 günlük minimuma enib.
 
Nəticədə bu gün səhər avro dollara qarşı 0,11% möhkəmlənərək 1,1066 dollar səviyyəsinə yüksəlib ki, bu da oktyabrın 11-də əldə edilmiş maksimuma, yəni 1,1069 dollar səviyyəsinə yaxındır. 
 
Dolların ienə qarşı məzənnəsi 0,24% azalaraq 103,87 ien təşkil edib ki, bununla da 12 günlük minimum təzələnib. Belə ki, 12 gün əvvəl dolların ienə qarşı məzənnəsi 103,650 ien olub.
 
Analitiklər bəyan edib ki, Asiya səhmlərinin zəifləməsinə görə risklərdən qaçma fonunda ienin məzənnəsi yüksəlib.
 
ABŞ-da prezident seçkilərinə bir həftədən də az vaxt qaldığına görə siyasi şərait fundamental faktorlara qaranlıq saldığından bu gün axşam saatlarında Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətlə bağlı qərarı çox güman ki, ikinci plana keçəcək.
 
Ekspertlər FES-in bu dəfə faiz dərəcələrini qaldırmayacağını, bununla belə iqtisadiyyatın canlanmasının əlamətləri sezildiyindən dekabrda pul-kredit siyasətini sərtləşdirmək üçün zəmin yaradacağını gözləyir.
 
“Çətin ki, valyuta bazarı mühüm faktor kimi FES-in iclasına nəzər yetirsin. FES uzun müddət dekabrda faiz dərəcələrinin artırılacağına işarə etdiyindən indi bazar ABŞ-da seçki proseslərini diqqətlə izləyir”, - deyə “Barclays”ın eksperti Sin Kadota bəyan edib.  
 
Qeyd edək ki, dolların indeksi bir qədər dəyişərək 97,660 bəndində qərarlaşıb və 2 həftəlik minimumun qeydə alındığı göstəriciyə, yəni 97,640 bəndinə yaxınlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info