Qanunsuz miqrasiya və onun doğurduğu təhlükələr
Tarix: 02.11.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan inkişaf etdikcə buraya gəlmək istəyən əcnəbilərin sayı artacaqdır. Bu dövlətimiz üçün müsbət amil sayıla bilər. Lakin biz istənilən halda öz xalqımızın, öz vətəndaşlarımızın, öz dövlətimizin mənafeyini üstün tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin prioritet istiqaməti də bu olmalıdır”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illər qloballaşan dünyada baş verən proseslər, insanların bir ölkədən başqa ölkəyə könüllü, yaxud məcburi miqrasiya etməsi və bu proseslərin tənizmlənməsi müasir idarəetmə formalarının tətbiqi zərurətini aktuallaşdırır. Xüsusən əsaslı inkişaf, iqtisadi tərəqqi, yeniləşən həyat tərzi, sabitlik ölkəmizə miqrant axınını hər zaman gündəmdə saxlamaqdadır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatındakı sıçrayış əcnəbilərin Azərbaycana marağını son illər xüsusilə artırmışdır.
Bundan başqa Azərbaycan Respublikasının coğrafi mövqeyi, yəni Avropa və Asiya arasında yerləşməsi miqrasiya proseslərini intensivləşdirən əsas faktorlardan biridir və bu amil transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən 3-cü ölkə vətəndaşlarının qərbi Avropaya qanunsuz tranziti üçün istifadə edilir. Miqrasiya proseslərinin, xüsusilə tranzit kanalının Azərbaycan ərazisindən keçməsini şərtləndirən amillərdən biri də respublikamızın geniş nəqliyyat kommunikasiya şəbəkəsinə malik olmasıdır.
Transmilli mütəşəkkil dəstələrin qanunsuz miqrasiya sahəsində fəaliyyəti Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönəlmiş əsas təhdidlərdən biri olaraq qalmaqdadır.
Haqlı olaraq Avropanın "Şərq qapısı" adlandırılan Azərbaycan Respublikasının iqtisadi və geosiyasi vəziyyəti nəzərə alınaraq qanunsuz miqrasiyaya qarşı mübarizə transmilli mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizənin komponenti kimi qəbul edilir. Yaranmış duruma neqativ təsir göstərən amillərdən biri də Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsidir. Belə ki, Ermənistan silahlı qüvvələrinin ərazimizin 20 faizinin işğalı nəticəsində respublikamızın cənub sərhədlərinin 132 kilometrlik hissəsi nəzarətsiz qalmışdır. Bu faktor narkotik vasitələrin, qanunsuz silah-sursatın və ikili təyinatlı komponentlərin qaçaqmalçılığın yayılmasına şərait yaratmaqla bərabər, qanunsuz miqrasiya üçün də əlverişli kanal rolunu oynayır.
“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” və “Azərbaycan Respublikasının Hərbi doktrinası” kimi normativ hüquqi aktlarda müasir dövrdə milli təhlükəsizliyə başlıca hədələrdən biri kimi miqrasiya prosesləri göstərilir və miqrasiya siyasətinin düzgün tənzimlənməsi və həyata keçirilməsi əsas bəndlərdən biri kimi vurğulanır.
Hazırkı dövrdə respublikanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə mövcud qanunvericilik çərçivəsində əlaqəli şəkildə həyata keçirilir. Miqrantların leqal yolla ölkə ərazisinə daxil olması və ərazidə qalmasının əsas kanalları turizm, təhsil almaq üçün dəvətlərin göndərilməsi, iş fəaliyyəti ilə məşğul olmağa icazənin alınması, nikah bağlanması, qohumlarla görüş inkanlarıdır.
Müəyyən edilmişdir ki, Azərbaycan ərazisinə qanunsuz miqrantların gəldiyi mənşə ölkələri əsasən İran, Əfqanıstan, Çin, İraq, Filippin, Banqladeş, Pakistan, Hindistan, Suriyadır. Təcrübə göstərir ki, beynəlxalq transmilli cinayəkkar qruplar qanunsuz miqrantların hərəkət etdiyi bütün ölkələrdə fəaliyyət göstərən üzvlərə malik olurlar. Bu həm mənşə ölkələrinə, həm tranzit ölkələrə, həm də təyinat ölkələrinə aiddir.
Bununla yanaşı, qanunsuz miqrantların ölkə ərazisində ucuz işçi qüvvəsi kimi ticarət və istehsalatda qanunsuz olaraq cəlbedilmə halları da aşkar edilir. Miqrasiya sahəsində qeydə alınan əsas hüquq pozmaları viza rejiminin pozulması, ölkədə icazə verilmiş müddətdən artıq qalma, ölkədə yaşayış hüququ olmadan qalmaqdır. Bir çox hallarda miqrantlar Azərbaycana qanuni yolla daxil olsalar da, yuxarıda qeyd olunmuş pozuntulara yol verməklə qanunsuz miqranta çevrilirlər.
Yaxın gələcəkdə Azərbaycanda miqrasiya proseslərinin daha da intensivləşməsini şərtləndirəcək faktorlardan biri də Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsidir. Bu nəqliyyat xətti üzrə Çin, Uzaq Şərq və Orta Asiyadan Türkiyə və Avropa istiqamətində nəqliyyat daşımalarının artması miqrant axınının da artmasına şərait yaradacaq.
Ölkədə miqrant axınını artıracaq tədbirlər qismində həmçinin 2017-ci il “İslam İdman Oyunları” tədbirlərinin keçirilməsini də qeyd etmək olar. Bu tədbir ərəfəsində əcnəbilərin və qonaqların gəlişi üçün lazım olan prosedurların sadələşdirilməsi istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən nəzarət və yoxlama tədbirlərinin daha da gücləndirilməsini zəruri edir. Bu istiqamətdə də 2015-ci il Avropa Oyunlarında qazanılmış təcrübədən istifadə edilir və beynəlxalq əməkdaşlıq tədbirləri gücləndirilir.
Miqrasiyanı milli təhlükəsizliklə əlaqələndirən ən əsas istiqamətlərdən biri də dünyanın siyasi xəritəsində baş verən gözlənilməz yerli və regional münaqişələr nəticəsində yaranan qaçqınlar və məcburi miqrantlar ordusunun meydana gəlməsidir. Əgər son onilliyin siyasi xəritəsinə nəzər yetirsək görərik ki, yaranmış münaqişələr nəticəsində meydana gələn məcburi miqrantlar və qaçqınlar problemi həmsərhəd dövlətlər üçün nə dərəcədə təhlükəlidir.
Miqrasiya proseslərinə nəzarətin daha da gücləndirilməsini şərtləndirən amillərdən biri də son vaxtlar məhz miqrantlar tərəfindən xüsusilə Avropa ölkələri ərazisində terror aktlarının törədilməsi, dini ekstremist çağırışların və toqquşmaların yol verilməsi faktlarıdır. Digər mühüm amil Azərbaycanın Suriya və İraq kimi müharibə gedən ölkələrə yaxınlığıdır.
Hər bir ciddi təhdidə cavab verə biləcək proqnozlaşdırılmış miqrasiya siyasətinin həyata keçirilməsi Azərbaycan dövlətinin ən əsas vəzifələrindən biridir. Belə bir nəticəyə gəlmək olar ki, miqrasiya ilə milli təhlükəsizliyin birbaşa əlaqəsi və miqrasiyanın milli təhlükəsizliyə yarada biləcəyi təhdidlər, heç şübhəsiz, mövcuddur. Azərbaycanın milli təhlükəsizlik siyasəti regional və beynəlxalq səviyyədə tam şəkildə təhdidlərə cavab verə biləcək səviyyədə həyata keçirilir. Nəticə etibarilə, Azərbaycan Respublikasında dövlətlə vətəndaş cəmiyyəti arasında bütün sahələrdə olduğu kimi miqrasiya və milli təhlükəsizlik sahələrində də tam şəkildə bərabərlik və qarşılıqlı etimad hökm sürür. Azərbaycanda digər ölkələrə nümunə olacaq tolerantlıq və multikulturalizm şəraitində dinlərin azad inkişafı və qanunvericilik çərçivəsində təbliği mövcuddur. Bu da Azərbaycanda əcnəbilərlə yerli əhali arasında illərlə yaranmış qarşılıqlı hörmət və anlaşma şəklində mümkün olmuşdur.

T.QULİYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info