Erməni yalanlarına dair videoçarx hazırlanıb
Tarix: 02.11.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Ermənilərin Azərbaycanın əzəli torpağı olan Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə ucaltdıqları abidənin izini itirmək üçün onu məhv etmələri ilə bağlı animasiya filmi hazırlanıb.
Videoçarx “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Müasir təbliğat üsulu olan 3D qrafikası” layihəsi çərçivəsində hazırlanıb.
Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin əzəli torpaqlarımıza köçürülməsinin tarixi barədə ətraflı məlumat verilir. Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşən “Ağaoğlan” və ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə inşa etdikləri “Marağa-150” abidələrinin elə onların özləri tərəfindən dağıdılması əksini tapıb. Filmin süjet xəttini erməni silahlıları tərəfindən hücuma məruz qalan kiçik qızın sağ qalmaq üçün çəkdiyi əziyyətlər təşkil edir. Animasiya filmi qarlı-çovğunlu havada sərt meşələrdən, ölüm təhlükəsindən xilas olan həmin qızın Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi abidələrin və məcburi köçkünlərin vəziyyətini əks etdirən fotolara baxması ilə yekunlaşır.
Videoçarxın hazırlanmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri kreativ üsullarla dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info