Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçirilib
Tarix: 02.11.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçirildi. Qeyd edək ki,Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi polkovnik Vüqar Yusifov ölümündən sonra “Üçüncü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu ildən Azərbaycan İstiqlal Muzeyi Milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verib. Bu layihə çərçivəsində muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bu layihənin növbəti tədbiri polkovnik Vüqar Yusifova həsr olunub.
Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dünyaya gəlib. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlayıb. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsində işləyən Vüqar Yusifov, polkovnik rütbəsinə kimi ucalib. Aprelin 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olub.
Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə, döyüş yoldaşları və dostları Anar Hüseynli və Xəyyam Əsgərov, qohumu Əliyar Fərzəliyev, Azərbaycan Ordusunun polkovniki Xətai Baxışov çıxış etdilər və Vüqar Yusifova həsr olunmuş sənədli film və klip nümayiş olundu.
Tədbirdə Vüqar Yusifovun ailə üzvləri və Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info