Rusiya Krımdakı raket bunkerlərini hazır vəziyyətə gətirir
Tarix: 02.11.2016 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Reuters”: “Rusiya Krımda sovet dövründən qalma hərbi obyektləri bərpa edir, yenilərini inşa edir və orada öz hərbçilərini yerləşdirir”

“Rusiya Krımda hələ sovetlər dövründən qalan hərbi bunkerlərdə yenidənqurma işləri aparır. Yarımadada istifadəyə verilən yeni evlərə, əsasən, rus hərbçiləri köçürülür”.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Yarımadada olan agentlik əməkdaşının sözlərinə görə, raket bunkerlərinin əksəriyyəti yarımadanın cənub sahillərində - əvvəllər “100 obyekt” kimi tanınan ərazilərdə yerləşdirilir. Agentlik əməkdaşı yerli əhalinin dediklərinə istinad edərək qeyd edir ki, əvvəllər Krıma gələn turistlər bu ərazilərdəki konstruksiyalara baxış üçün 50 dollar ödəmək məcburiyyətində qalırdılar. Bu konstruksiyaların özəlliklərindən biri isə hələ soyuq müharibə dövründə Krımın Qara dənizdən gözlənilən hərbi-dəniz hücumlarından qorumağa xidmət etməsi ilə bağlıdır. 2014-cü ildən -Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ərazilərdə “Rusiya Müdafiə Nazirliyinin qadağan zonası” adlı xəbərdarlıq işarələri yerləşdirilib. Həmin ərazilər Krıma gəlmiş turistlər üçün yasaq ərazilər kimi təqdim edilir. Agentlik əməkdaşının ehtimalına görə, bu ərazilər Rusiyanın yeni proqramının yalnız kiçik bir hissəsidir. Agentlik yazır ki, Rusiya Krımda sovet dövründən qalma hərbi obyektləri bərpa edir, yenilərini inşa edir və orada öz hərbçilərini yerləşdirir. “Reuters” əməkdaşı yarımadada keçirdiyi bir həftə ərzində 18 hərbi obyektdə yenidənqurma işlərinin aparıldığının şahidi olub: “Bunların arasında hərbi-dəniz donanması, radarlar, aerodromlar var ki, onların əksəriyyəti Krımın Rusiyaya birləşməsindən sonra meydana gələnlərdir. Təbii ki, bu hərbi bazalar arasında hələ sovetlər dövründən qalanlar da var. Lakin bu obyektlər yeni hərbi texnikalarla təchiz edilirlər. Müqayisə üçün, Sevastopol ətrafında sovet dövründən qalan "Dnepr" radar stansiyasını göstərə bilərəm. Hazırda rus əsgərləri bu stansiyanı yeni hərbi ləvazımatlarlaZ təchiz edirlər”. Xatırladaq ki, "Dnepr" radar stansiyasının yenidən bərpası barədə bir müddət bundan əvvəl “İzvestiya” qəzeti də məlumat yaymışdı. Qəzet hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yenidən modernləşdirilmiş radar sisteminin yarımadanın cənub və cənub-şərq ərazisinin tam qorunmasını təmin edəcəyi barədə məlumat vermişdi. Qəzet, həmçinin Belbekdə əvvəllər mülki fəaliyyət göstərən aerodromun hazırda hərbi uçuş zonasına çevrildiyi, Simferopolun Perevalnoe kəndi yaxınlığında yeni hərbi aerodromun tikintisi barədə də məlumat yaymışdı. Həmin məlumatda tikilən aerodromun sahil mühafizə əsgərlərinin xidmətində olacağı da bildirilmişdi. Qeyd edək ki, bir müddət bundan əvvəl “Nezavisimaya qəzeta” da Krımda Rusiyanın yeni birləşmiş ordu baş qərargahının yaradılacağı barədə ehtimallar irəli sürmüşdü. Rusiya Müdafiə Nazirliynin son məlumatına görə, hazırda Krımda tikintisi başa çatan əksər obyektlər dislokasiyaya hazır vəziyyətdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info