“Regionda sabitlik üçün Türkiyə və Rusiya dialoqu çox vacibdir”
Tarix: 02.11.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Ankara Suriya münaqişəsinin nizamlanmasında mübahisəli məsələlər, o cümlədən Bəşər Əsədin taleyi mövzusunda Rusiya ilə dialoq aparır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Rossiya24” telekanalına müsahibəsində bildirib.
O deyib ki, B. Əsədin sonrakı taleyi, eləcə də müxaliflərlə terrorçuların fərqləndirilməsi mövzularında Türkiyə ilə Rusiya arasında fikir ayrılığı var: “İlk növbədə bombardmanlar dayandırılmalı, atəşkəs təmin olunmalıdır. Müharibənin getdiyi və rejimin bombardmanları davam etdirdiyi bir vəziyyətdə qüvvələri bir-birindən ayırmaq mürəkkəb işdir”. Çavuşoğlunun sözlərinə görə, Suriya münaqişəsinin hərbi yolla deyil, siyasi yolla nizamlanması daha məqbuldur: “Bu məsələdə Rusiya ilə Türkiyə arasında fikir ayrılığı yoxdur. Əlbəttə ki, bizim aramızda siyasi həll yolunun axtarışının hansı əsasda aparılması barədə fikir ayrılığı var. Suriyada atəşkəs və siyasi nizamlanmanın axtarışı üçün Türkiyə və Rusiyanın rolu çox böyükdür. Burada biz mövqelərimizi yaxınlaşdırmağa cəhd edirik. Çünki regionda sabitlik üçün Türkiyə və Rusiya dialoqu çox vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info