UNEC-də tələbə klubu: “600+”
Tarix: 03.11.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə klubu yaradılıb. Klubun məqsədi UNEC-ə 600 və daha yüksək balla qəbul olan tələbələri bir araya toplayaraq, onların potensialını dəyərləndirməkdir.
Klub üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatına yönəlik layihə və proqramlar hazırlayacaqlar. Eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” Tələbə klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcəklər. Klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, tələbələr arasında təhsil kultunun yüksəldilməsinə və uğurlu tələbə obrazının təbliğinə yönəlik tədbirlər həyata keçirəcəklər. “600+” Tələbə klubunun İdarə Heyəti və sədri iki il müddətinə, gizli səsvermə yolu ilə seçiləcək. İdarə Heyəti üzvlərinin sayı fakültələrinin sayına bərabər olacaq. Hər hansı fakültədə müvafiq bal toplayan tələbə olmadıqda, bu yerlər digər fakültələrə veriləcək. Klubun tərkibində üç daimi komitə fəaliyyət göstərəcək: İntellektual-əyləncəli tədbirlər, Təhsil tədbirləri, Abituriyent və məzunlarla əlaqələr üzrə komitə. Onu da qeyd edək ki, noyabrın 5-də UNEC-də “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçiriləcək. “Təhsil və elmin vəhdəti” mövzusunda təşkil ediləcək konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb. Altı aylıq hazırlıq prosesində TED tərəfindən təqdim edilən konfransın təşkili standartları tam formada icra edilib. İlk TEDxUNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər: UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı dəyərli fikirlərini paylaşacaqlar.






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info