Gürcüstanı Dünya İqtisadi Forumunda iki nazir təmsil edəcək
Tarix: 30.03.2013 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Gürcüstanı 7-8 aprel tarixlərində Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iqtisadiyyat naziri Qeorqi Kvirkaşvili və regional inkişaf və infrastruktur naziri David Narmaniya təmsil edəcək. Bu barədə ölkənin Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Gürcü nazirlər səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Azərbaycan hökuməti ilə də görüşlər keçirəcəklər. Forumun rəsmi saytında yayılan məlumata görə, WEF Bakıda aprelin 7-8-də "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda tədbir keçirəcək. Bakıda təşkil olunan forumda vəziyyətin qiymətləndirilməsi, həmçinin sənaye, təbii resurslar, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, dağ-mədən işləri, telekommunikasiya kimi sahələrdə yeni imkanların aşkar edilməsi məsələləri müzakirə olunacaq. Forum regional və qlobal oyunçular üçün regionun gələcək inkişafının qiymətləndirilməsi baxımından əhəmiyyətli platformadır. "Tədbir həmçinin Cənubi Qafqazda və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verəcək"- deyə, WEF saytında qeyd edilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info