“Boğazdan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür”
Tarix: 03.11.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də çöpçülər fəaliyyət göstərir. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması xoşagələn hal deyil. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır və uşaqları xəstəxanaya gətirirlər”.
Bu sözləri Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyib. O bildirib ki, yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür. Ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olduğunu söyləyən A. Xudiyev qeyd edib ki, bu da il ərzində minimum 150 nəfər təşkil edir: “Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan, 17-18 yaş arasına qədər olan yeniyetmələrə qədər, müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır. Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir. Müşahidələrim onu deməyə əsas verir ki, zəif nəzarət olunan uşaqlarda belə hallara daha çox rast gəlinir. Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (ceviz, fındıq ləpəsi və qabığı) qalması halları daha çox olur. Bayram günləri olanda işimiz daha da çətinləşir”. A. Xudiyevin sözlərinə görə, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarından yad cisimlər əməliyyat edilmədən, təbii üsulla çıxarılıb: “Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğaarası kəsik aparılaraq xəstə əməliyyat olunur”.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info