Rəqəmsal yayım təsvir və səsin keyfiyyətini artıracaq
Tarix: 03.11.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Bu günlərədə Milli Televiziya və Radio Şurası tərəfindən yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının dayandırılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən Bakı və Abşeron yarımadasındaanaloq yayımı artıq 1 noyabr tarixdən dayandırılıb, respublikanın digər bölgələrində isə yayımlanan TV proqramlarının yerüstü analoq yayımı 1 dekabr tarixdən etibarən reallaşacaq. Ölkə ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərdən istifadə məsləhət görülür. Qeyd edək ki, müvafiq qurumlar əhalinin bu sahədə heç bir problemlə üzləşməyəcəyini deyir. Çünki hazırda vətəndaşlar dekoderləri asanlıqla əldə edə bilərlər.

“Rəqəmsal yayıma keçidlə bağlı hər hansı bir problem yoxdur”

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirdi ki, bu gün əhalinin əksər hissəsi peyk yayımından, kabel şəbəkəsi operatorlarının xidmətlərindən istifadə edirlər: “2011-ci il 22 dekabr tarixindən rəqəmsal yayıma keçilib. 5 ildən artıqdır ki, rəqəmli yayım analoq yayımla paralel həyata keçirilir. Sentyabrın 20-də Prezident tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiq olundu. Proqramın 5.1.7 maddəsinə əsasən 2016-cı ilin sonuna kimi analoq yayımın tam söndürülməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması MTRŞ-nin üzərinə bir vəzifə kimi qoyulub. Şura tərəfindən RYTN ilə qarşılıqlı əməkdaşlıq şəraitində bu işlər həyata keçirildi. Şura tərəfindən verilən qərara əsasən noyabrın 1-dən analoq yayım dayandırıldı. RYTN-də 14-11 nömrəli sorğu mərkəzi yaradıldı və 5 mindən artıq dekoder poçt şöbələrinə paylandı. 20-21 manatdan başlayaraq həmin dekoderlərin satışı təşkil olunub. Rəqəmsal yayıma keçidlə bağlı hər hansı bir problem yoxdur”.
Digər yayım vasitələrindən istifadəyə gəldikdə isə Aparat rəhbəri bildirdi ki, belə yayımlardan istifadə edən şəxslərin televizorları dekoder olmadan siqnalı rəqəmsalla qəbul edir. Ona görə də həmin vətəndaşların televizorları üçün dekoderə ehtiyac yoxdur. Bildirildi ki, yeni nəsil televizorlar rəqəmsal yayımı dəstəkləyir. Yalnız köhnə analoq televizorlar dəstəkləmir və onlar kabel şəbəkəsinə qoşulduqda onlara dekoderə ehtiyac yoxdur. Yalnız yerüstü yayımla baxan şəxslərə dekoder əldə etmək zəruridir. O da vurğulandı ki, rayonlarda RYTN tərəfindən keçirilən sorğuya görə 7,5 faiz əhali yerüstü yayımla televiziyalara baxır. Onların müəyyən bir hissəsinin də yeni nəsil televizorlarının olduğunu nəzərə alsaq, o zaman əhalinin kiçik bir hissəsinin dekoderlərə ehtiyacı olur. T.Məmmədovun sözlərinə görə, rəqəmsal yayıma keçidin bir sıra üstünlükləri var. Belə ki, eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması, təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı və digər üstünlükləri göstərmək olar.
O da vurğulandı ki, digər ölkələrdə də rəqəmsal yayıma keçid başa çatdırılıb. Ölkəmizdə də bu ilin sonunda bu, tam başa çatdırılacaq.

Dekoderlərin satışına gəldikdə isə bildirildi ki, onu hər bir rayonun poçt şöbəsindən əldə etmək mümkün olacaq.

Rəqəmli yayıma keçidlə əlaqədar poçt şöbələrində 1500 dekoder satılıb
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib ki, bu günə qədər Bakı, Sumqayıt və Abşeronda rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 1500 dekoder (“Set-Top-Box”) satılıb: “Daha 3000 dekoder poçt şöbələrinə paylanılacaq”. M. Abbasov “Rayonlarda analoq yayımı dayandırılması ləngiyə bilərmi?” sualına cavab olaraq bildirib ki, qərarda hər hansı dəyişiklik yoxdur: “Əksinə, rayonlarda analoq yayımın dayandırılması daha rahat baş tutacaq. Çünki rayonlarda insanların əksəriyyəti yerli kanalları peyk antenaları vasitəsilə izləyir. Buna görə də rayonlarda tam rəqəmli yayıma keçid zamanı çətinlik hiss olunmayacaq. Digər tərəfdən, vətəndaşlar elə bilir ki, dekoderə verdiyi 22 manatı hər ay ödəyəcək. Bu, belə deyil. Vətəndaşlar 22 manat ödəyib dekoderi aldıqdan sonra, açıq yayımlanan Azərbaycan kanallarına birdəfəlik pulsuz baxacaq”. Qeyd edək ki, müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Əhalinin 99 faizi rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt şöbələrindən əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.
Nigar Abdullayeva







 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info