Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatıb
Tarix: 03.11.2016 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib.
Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə isə 10 metr enində yeni torpaq yatağı inşa olunub. Daha sonra 2 qat olmaqla yola yeni asfalt-beton örtük döşənib.
Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 millimetr olan 4 ədəd suötürücü boruların tikintisi aparılıb.
Sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranıb. Bundan başqa, inşa olunacaq yeni yol yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info