Pakistan Azərbaycana ixracı 500 mln. dollara çatdıracaq
Tarix: 03.11.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Pakistanın Kommersiya Nazirliyi və İstehsalın Müdafiəsi Nazirliyi növbəti 5 il ərzində Azərbaycana ixracın həcmini artırmaq məqsədilə birgə fəaliyyət planı hazırlamaq barədə razılığa gəlib.

Pakistan mətbuatı xəbər verir ki, ötən ay Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfərindən sonra nazirliklərarası işçi qrupunun görüşü zamanı ölkəmizə ixracın 60 mln. dollardan 500 mln. dollaradək artırılması barədə qərar qəbul olunub.

Kommersiya naziri Xürrəm Dəstgir və istehsalın müdafiəsi naziri Rana Tanvirin sədrliyi ilə keçirilən görüşdə növbəti illərdə Azərbaycana ixrac olunacaq mal və xidmətlərin genişləndirilməsi və diversifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə edilməsi qərara alınıb.

Bununla yanaşı, fəaliyyət planı çərçivəsində kommersiya nazirinin başçılıq etdiyi nümayəndə heyətinin gələn ay Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, 2015-2016-cı illər ərzində Pakistandan Azərbaycana əsasən düyü ixracı olunub. İxracın ümumi dəyəri 60 mln. dollar, Azərbaycandan Pakistana idxalın həcmi isə  0,031 mln. dollar təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azeri Light”ın bir barreli 67,81 dollara satılır
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info