Cəlilabadlı gənc hazırladığı avtomobilin eskizini “Lamborghini” şirkətinə göndərəcək
Tarix: 03.11.2016 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, rayon sakini 31 yaşlı Elçin Quliyev ilk dəfə 2010-cu ildə “Cadillac ats” avtomobilinin yeni dizaynını işləyib və eskizi şirkətin Moskva filialına göndərib. Eskiz şirkət nümayəndələrinin diqqətini cəlb edib və avtomobilin 3D formatında şəklini istəyiblər. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında işləyə bilməyib.
Bu yaxınlarda isə o, kardondan yeni dizaynda “Lamborghini” avtomobili hazırlayıb. Dörd aya ərsəyə gətirdiyi avtomobil dizaynı motor həcmi 6.7 litr olmaqla, 700 at gücünə hesablanıb. Hətta o, avtomobilinə ad da verib - “VİSİYON AS 70”.
Əsasən “SPEED CAR” modellərini işləməyə üstünlük verən Elçin digər avtomobillərin də yeni dizaynı üzərində çalışır.
Dizayner yaxın günlərdə müəllif hüququ almaq üçün Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. Sonra hazırladığı modeli “Lamborghini” avtomobil şirkətinə göndərəcək. Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropada avtomobil dizaynı üzrə müsabiqələrdə təmsil etməkdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info