Tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər
Tarix: 03.11.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda "Tütün və tütün məmulatları haqqında", eləcə də "Çayçılıq haqqında" qanuna dəyişiklik edilməsi barədə layihələr müzakirə edilib. Komitə sədri Eldar İbrahimov layihələrin Pezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil edildiyini bildirib.
Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar sektorun müdiri Vilayət Əlizadə qanun layihələri barədə məlumat verib. O bildirib ki, "Tütün və tütün məmulatları haqqında" qanunun 20-ci maddəsinə 20.1.5-ci maddə əlavə edilir. Bu maddəyə əsasən, tütün və tütün məmulatları alanların hədiyyə qismində başqa əmtəəni təklif etməsi qadağan edilir.
Bundan başqa, qanunun 20.2-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının, onların ləvazimatlarının, eləcə də tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızların, alışqanların reklamı qadağan olunur. Qanuna təklif edilən digər dəyişikliyə əsasən, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər reklam haqqında qanunun 13.4-cu və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
Qeyd edək ki, "Tütün və tütün məmulatları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi bu qanunun "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.
"Çayçılıq haqqında" qanuna dəyişiklikdə isə bu qanunun 17.3-cü maddəsindəki “Azərbaycan Respublikasının qanunvericiliyinə" sözləri "Reklam haqqında Azərbaycan Respublikasının qanunu" sözləri ilə əvəz edilib.
Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info