“Kapital” qəzetində “Azərbaycan - müxtəliflik və tolerantlıq yurdu” adlı məqalə
Tarix: 03.11.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Efiopiyanın böyük oxucu kütləsinə malik olan “Kapital” qəzetində “Azərbaycan - müxtəliflik və tolerantlıq yurdu” adlı məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın dünyanın ən tolerant və multikultural ölkələrdən biri olduğu barədə ətraflı məlumat verilir. Ulu öndər Heydər Əliyevə istinadla Azərbaycan xalqının özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.
Daha sonra məqalədə Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarına, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etdiyi qeyd olunur. Bakıda Ümumdünya Şahmat Olimpiadası, I Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisi kimi mötəbər idman yarışlarının keçirildiyi vurğulanır.
Məqalədə Roma Papası Fransiskin ölkəmizə səfərindən bəhs edilir, Pontifikin Azərbaycanda müsəlman, yəhudi və xristian icmaları arasındakı səmimi münasibətləri böyük məmnuniyyətlə qeyd etdiyi bildirilir. Azərbaycandakı tolerantlığın digər ölkələr üçün nümunə olduğu bildirilən yazıda Roma Papasının ölkəmizdəki multikultural mühitlə əlaqədar Azərbaycanı təbrik etməsi xüsusi vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info