Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 19 faiz artıb
Tarix: 03.11.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 265 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə, 2016-cı ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərib. Milli aviadaşıyıcıya 1,7 milyon sərnişin üstünlük verib, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Naxçıvan və Gəncəyə olan daxili uçuşlarında 468 min sərnişin daşınıb. Bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.
Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.
2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komaviatrans” aviaşirkətləri, həmçinin “Pobeda” loukosteri Bakıya uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Xatırladaq ki, dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
26.04.2019
“2019 İxraca Dəstək” mövzusunda təlim keçirilib
26.04.2019
Vüsal Qasımlı Koreya səfirini qəbul edib
26.04.2019
“AtaBank” “Formula 1“ yarışları zamanı fasiləsiz xidmət göstərəcək
26.04.2019
Mərkəzi Bank ilin sonuna inflyasiyanın səviyyəsinin 4 faiz olacağını gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Həkimlər valideynlərin dili ilə“
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info