Əhməd Sami Elaydi Naxçıvan Dövlət Universitetində
Tarix: 03.11.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan Dövlət Universitetində olub.
Universitetlə tanışlıq zamanı qonaq İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində olub, buradakı müasir elektron təhsil şəbəkəsinin idarə olunması prosesini izləyib. Sonra qonağa universitetin Media mərkəzi, buraya daxil olan universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin işi haqqında ətraflı məlumat verilib. Əhməd Sami Elaydi tədris ocağının Elmi kitabxanası ilə də əyani tanış olub. Səfər zamanı Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Ərəb dili ixtisasının müəllim və tələbələri ilə görüş keçirilib.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid qonaq haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Əhməd Sami Elaydi Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin məzunudur.Universitetdə Türk dili və ədəbiyyatı kafedrasında çalışıb. 1998-ci ildən etibarən kafedranın nəzdində Azərbaycan dili tədris olunmağa başlanıb və ilk mütəxəssis olaraq bu dili öyrənməyə başlayıb. 2000-ci ildə Ayn-Şəms Universitetinin Şərq dilləri bölməsinin Türk dili şöbəsini bitirib, 2006-cı ildə həmin universitetin Türk dili şöbəsində “Qaçaq Nəbi dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi” mövzusunda magistr dissertasiyası, 2010-cu ildə Bakı Dövlət Universitetində “Müstəqillik dövrü Azərbaycan Romanı: Mövzu, Problematika və Sənətkarlıq Məsələləri” adlı dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Təxminən 30-35 Azərbaycan yazıçısının yaradıcılığını tədqiq edib, 100-dən çox tələbəyə Azərbaycan dilini öyrədib. Prorektor həmçinin tədris ocağının beynəlxalq əlaqələri, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Dəvətə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Əhməd Sami Elaydi Ayn-Şəms Universiteti haqqında ətraflı məlumat verib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının universitetləri ilə Misir universitetləri arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində, qarşılıqlı müəllim-tələbə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb. Əhməd Sami Elaydi tələbələri maraqlandıran sualları da cavablandırıb.
Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info