Nazir: “AGRI layihəsi yenidən nəzərdən keçirilməlidir“
Tarix: 03.11.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Energetika naziri Natiq Əliyev Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunu qəbul edib. Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Rumıniya arasındakı münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayan N. Əliyev iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini və bunun üçün böyük imkanların olduğunu bildirib.
Nazir enerji əməkdaşlığı çərçivəsində Azərbaycan qazının Avropaya Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRI) xətti üzrə nəqlini nəzərdə tutan layihə ilə bağlı mühüm addımların atıldığını, SOCAR-ın bu ölkədəki uğurlu fəaliyyətini qeyd edərək, yeni layihə və proqramların həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. AGRI layihəsinə yenidən baxılmasının mühümlüyü, dünya enerji bazarındakı vəziyyətin investorlar üçün cəlbedici olmadığı bir vəziyyətdə bu layihənin reallaşdırılması imkanlarının yenidən nəzərdən keçirilməsi və özəl sektorun cəlbinin səmərəliliyi barədə fikir mübadiləsi aparılıb. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivlərə malik olduğu qeyd edilib.
Səfir isə hazırda diversifikasiya siyasətinin aktuallıq kəsb etdiyini və ölkəmizin bu istiqamətdə töhfələrini qeyd edərək, Azərbaycanı enerji sahəsində Rumıniya üçün də vacib ölkə kimi qiymətləndirib. O, AGRI layihəsinin enerji təhlükəsizliyinə xidmət etdiyini vurğulayaraq, "Cənub Qaz Dəhlizi"nin gedişatı və layihənin reallaşmasından sonrakı müddətdə Azərbaycanın enerji siyasətinin gələcək hədəfləri və Türkmənistan qazının Avropa bazarlarına çıxarılma perspektivləri ilə maraqlanıb.
N. Əliyev neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar yaranmış maliyyə çətinliklərinə baxmayaraq "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi ilə bağlı hər hansı bir problemin olmadığını və layihənin qrafikə uyğun icra edildiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycan bütün öhdəlikləri tam yerinə yetirməklə yanaşı, layihənin vaxtında başa çatdırılmasına da güclü nəzarəti təmin etməkdədir. Onun sözlərinə görə, layihənin uğurla gerçəkləşməsi Avropada, xüsusilə də Balkan ölkələrində "Cənub Qaz Dəhlizi"ni istiqamət götürən əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisini sürətləndirəcək və "Abşeron" da daxil olmaqla qaz yataqlarında hasilat həcmlərinin artırılmasına təkan verəcək.
Görüşdə həmçinin Azərbaycanın qeyr-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi iqtisadi-siyasi kurs barədə də məlumat verilərək, Rumıniya şirkətlərinin bu istiqamətdə əməkdaşlığının məqsədəuyğunluğu da qeyd edilib.
Səfir Rumıniya şirkətlərinin Azərbaycanda keçirilən neft-qaz sərgi və konfranslarında, biznes forumlarında iştirakının əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm şərtlərdən olduğunu ifadə edib. O, Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunda da geniş spektrli əlaqələrin formalaşdırılması üçün mühüm rol oynayacağını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info