“ABŞ öhdəliyini yerinə yetirməsə, nüvə fəaliyyətimizi dayandırmayacağıq”
Tarix: 03.11.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


“ABŞ öhdəliyini yerinə yetirməsə, işləməyən sentrifuqaların fəaliyyətini bərpa edəcəyik”.
Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Hüseyn Salami dünya imperializminə qarşı milli mübarizə günü münasibəti ilə Tehranda keçirilən yürüş-mitinqdə çıxışı zamanı deyib.
 
H. Salami bildirib ki, ABŞ öhdəliyini yerinə yetirməsə, nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı muzeyə göndəriləcək: "Amerikalılar bilməlidirlər ki, öhdəliklərini yerinə yetirməsələr, yenidən başlanğıc nöqtəsinə qayıdacağıq. Bilsinlər ki, nüvə fəaliyyətini dayandırmayacağıq, daha da inkişaf etdirəcəyik. İran hökuməti təkcə “5+1” ölkələrinin qarşısında öhdəlik götürməyib, həm də İran xalqı qarşısında öhdəliyi var".
 
H. Salami deyib ki, Yəmən, Bəhreyn, İraq, Suriya və Livanda siyasi təşəbbüs İslam İnqilabının əlindədir: “Hamı gördü ki, “Hizbullah”ın dəstəklədiyi və Amerikanın nifrət etdiyi namizəd necə qələbə qazandı və Livanın prezidenti oldu. Bu, İslam İnqilabının iradəsinin Amerikaya qəbul etdirilməsidir. Bu gün Suriya, Livan, İraq və Yəməndə müsəlmanların qələbəsinə yardım etməsək, düşmənlər müsəlmanları bir-birindən ayırıb faciə yaradacaqlar”.
 
Qeyd edək ki, noyabrın 4-də İranda dünya imperializminə qarşı milli mübarizə günü qeyd olunur. 1979-cu noyabrın 4-də tələbələr ABŞ-ın Tehrandakı ABŞ səfirliyini ələ keçiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info