Əlilliyi olanlar 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar
Tarix: 03.11.2016 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işlərini davam etdirib. Bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 12 511 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 489 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib.
Əlilliyi olan şəxslərə 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2 231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 735 ədəd dördayaqlı dayaq vasitəsi, 616 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Bu təbəqədən olan vətəndaşlar həmçinin 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 2 165 ədəd əsa, 2 819 cüt protez ayaqqabı, 4 062 cüt ortopedik ayaqqabı, 7 623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. ilə təmin ediliblər.
Həmin dövrdə qeyd olunan şəxslərin ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması və protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilir. Yanvar-oktyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 609 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin olunub.
Bu dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən ölkəmizin bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də davam etdirilib. Əlilliyi olan insanların elə yaşadıqları rayon və ya şəhərlərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info