Rəsul Quliyevdən Müsavata ittiham
Tarix: 30.03.2013 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“90-cı illərdən keçən dövr ərzində bu insanların
düşüncələrində heç bir dəyişiklik olmayıb”


“Həmişə arxadan zərbə vurmağa öyrənmiş bu insanlar heç vaxt düzələ bilməzlər”
Müxalifət düşərgəsində təmsil olunan qüvvələr arasında çəkişmələr davam edir. Belə ki, son günlərdə ACP lideri Rəsul Quliyev digər müxalifət partiyalarını sərt tənqid edən çıxışları ilə yadda qalıb. Rəsul Quliyev 2005-ci ildə Müsavat rəhbərliyinin onu Ukraynada həbsdən azad etdirməsi ilə bağlı iddialarına cavab kimi Müsavat Partiyasının bəlli şəxslərini ikiüzlülükdə və onun haqqında yalan danışmaqda qınayıb.
“Mənim ən çox zəhləm getdiyi şey insanların ikiüzlü olması və yalan danışmasıdır. Əgər kimsə utanıb qızarmadan, məsələn, Ukraynaya məni xilas etmək üçün səfər etdiyini yazırsa, o adamdan uzaq gəzmək lazımdır, ondan hər şey gözləmək olar.” Arif Hacılı isə buna cavabında Rəsul Quliyevin Ukraynada həbsdən azad olunması məsələsi ilə bağlı fikir bildirməsə də, Rəsul Quliyevin Müsavatı tənqid etməyi özünə peşə seçdiyini və bununla kimlərisə öz tərəfinə çəkərək özünü vacib siyasi fiqur kimi göstərmək məqsədigüddüyünü bildirib. O, Rəsul Quliyevi “böhtançı”, “şantajçı” adlandırıb. Buna qarşı tərəfin cavabı özünü çox gözlətməyib. Rəsul Quliyev şəxsi “Facebook” səhifəsində Arif Hacılının bu ittihamlarına cavab verib. O, hər zaman Müsavat qəzetindən dedikləri heç bir məna kəsb etməyən adamların tribuna kimi istifadə etdiyini deyib və Müsavat partiyası rəhbərlərini “ömründə şüar deməkdən başqa bir iş bacara bilməyənlər” adlandırıb. Rəsul Quliyev 1992-93-cü illərdə də, sonra ABŞ-da onlarla görüşəndə də onları sərt tənqid etdiyini, lakin qarşı tərəfin onun bu ittihamlarına özlərində cəsarət tapıb heç vaxt cavab vermədiklərini fikirlərinə əlavə edib. Açıqlamada diqqət çəkən məqamlardan biri də Rəsul Quliyevin qarşı tərəfi həmişə “arxadan zərbə vurmaqda” ittiham etməsidir. Eyni zamanda qarşı tərəfi səriştəsizlikdə, bacarıqsızlıqda ittiham edən Rəsul Quliyev belə insanların Azərbaycanın lideri ola biləcəyinə inanmır və yazır: “Anadan olduqları rayonlarda insanların real yaşayış şəraitindən xəbəri olmayan, insanların real gəliri və xərclərinin balansını qura bilməyən insanların özlərini Azərbaycanın lideri görmək arzularına nə ad verə bilərsiniz?” O, sonda onu tənqid edənlərin düşüncələrində ötən əsrin 90-cı illərindən keçən dövr ərzində heç bir dəyişikliyin olmadığını yazır və əlavə edir: “Deməli, mənim əleyhimə olan həm birinci, həm də ikinci yazı Müsavat qəzetində çap olunub. Onlara cavab isə mən tərəfdən “Facebook”da verilib. Bu insanlar “Facebook”dan niyə istifadə etmirlər. Düşünürlər ki, Müsavat qəzetində çıxsa, çəkiləri artacaq”. Müxalifət düşərgəsində Azərbaycanı idarə edə biləcək liderin olmadığı ilə bağlı yalnız Rəsul Quliyev yox, eyni zamanda bu düşərgədə olan digər siyasətçilər də etiraf edir. Onların sırasına AMİP-in sədri Yusif Bağırzadə də qoşulub. Yusif Bağırzadə mətbuata açıqlamasında müxalifətin seçkilərə insanları öz ətrafına toplaya biləcək yeni sima ilə getməli olduğunu bildirib və müxalifətin vəziyyətinin qənaətbəxş olmadığını qeyd edib. O, rəhbərlik etdiyi partiyanın müxalifətin seçkidə bir mövqedən çıxış etməsini dəstəklədiyini, lakin qısa zaman ərzində bunun mümkün olmadığını deyib.
Müxalifətdə təmsil olunan şəxslərin bir-birinin ardınca müxalifətdə Azərbaycanı idarə edə biləcək liderin olmamasını etiraf etməsi hazırkı müxalifətin ömrünün bitdiyini, yeni, sağlam düşüncə tərzinə malik olan, vahid mövqedən çıxış edə bilən müxalifətə xalqın ehtiyac duyduğunu sübut edir. Bütün bu deyilənlərə, tərəflərin bir-birinə qarşı səsləndirdiyi sərt tənqidlərə və təhqirlərə baxaraq müxalifət partiyalarının seçkidən sonrakı vəziyyətini təsəvvür etmək o qədər də çətin deyil. Bir anlıq təsəvvür edək. Eyni düşərgədə təmsil olunan partiyalar prezident seçkilərinin yaxınlaşdığı bir dövrdə bir tərəfdən vahid mövqedən çıxış edəcəklərini bildirir, digər tərəfdən bir-birilərini sərt tənqid edərək xalq və beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan düşürlər. Lakin bu prosesin xalqımıza xeyirli olan digər bir tərəfi də var. Əslində müxalifət partiyaları onlara verilən imkanlardan istifadə edərək, bir-birilərinə qarşı nüfuzdan salma kampaniyaları aparmaqla əsl simalarını bir daha xalqa nümayiş etdirirlər və xalq yalnız öz nüfuzlarını düşünərək ümummilli maraqlardan çıxış etməyi bacarmayan bu şəxslərin Azərbaycanın lideri olmağa layiq olmadıqlarına təkrar əmin olur.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info