“ABŞ sadə xalqdan çox, terrorçuların xilası üçün çalışır”
Tarix: 04.11.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


«Moskva ilə Vaşinqton bu gün Suriyada terrorizmə qarşı mübarizədə müttəfiq olmaq barədə razılığa gələ bilməzlər». Bu fikirləri Suriya prezidenti Bəşər Əsəd Serbiyanın «Politika» qəzetinə verdiyi müsahibədə bildirib: «Biz buna ümid etsək də, əslində, bu, mümkün deyil. Səbəb isə çox sadədəir. Belə ki, Rusiyanın qurmağa çalışdığı yeni siyasəti bu ölkənin öz maraqlarına uyğun olaraq ləyaqətlə qururlar. Bu ləyaqət beynəlxalq hüquq və terrorizmə qarşı mübarizədə də ifadə edilir. Ruslardan fərqli olaraq, amerikalılar isə öz siyasətləri tamamilə əks dəyərlər, bir növ terrorçular da daxil olmaqla, istənilən qüvvəyə xüsusi dəstək üzərində qurmağa çalışırlar» .
Bəşər Əsədə görə, ABŞ terrorizmdən siyasi arenada öz məqsədləri üçün istifadə etməyə çalışır. O fikrini əsaslandırmaq üçün faktlara müraciət edir: «Amerika Birləşmiş Ştatları bu ilin sentyabrın 17-də qəsdən Suriyanın Deyr-əz-Zoredəki hökumət ordusuna zərbələr endirdi. Həmin ərəfədə «İslam Dövləti»nin gücü Suriya, Rusiya və İran əməkdaşlığı qarşısında çox solğun görünürdü. Həmçinin "Əl-Qaidə" ilə bağlı olan "Cəbhət əl-Nusra" Suriyanın bir çox bölgələrində məğlub duruma düşmüşdü. Məhz belə bir məqamda, Suriyanın dövlət ordusuna şüurlu surətdə hücum edən Amerika qırıcıları bizim mövqelərimizi zəiflətməyə cəhd etdilər». Suriya prezidenti Hələbdəki uğursuz siyasi təşəbbüsə görə məsuliyyətin Amerika Birləşmiş Ştatlarının üzərinə düşdüyünü də əlavə edib.
Əsədin sözlərinə görə, Qərb isə mülki əhali deyil, məhz terrorçular pis vəziyyətlə üzləşərkən ölkədə atəşkəsə nail olmağa çalışır: «Qərb, ilk növbədə Amerika Birləşmiş Ştatları sadə xalqdan çox, terrorçuların xilası üçün çalışır. Onların bütün atəşkəsi dayandırmaq cəhdləri terroçuların xilasına hesablanıb. Onlar bu atəşkəsin dayandırıldığı müddətdə terrorçuları yeni münaqişəyə kökləmək üçün, onları yeni silah və maliyyə ilə təmin edirlər». Bəşər Əsəd onu da əlavə edir ki, «Bu gün Suriyada barışıqla bağlı hər hansı bir uğursuzluq üçün günahkar məhz Amerika Birləşmiş Ştatlarıdır».
Bir daha xatırlatmaq yerinə düşər ki, bu il sentyabrın 17-də strateji əhəmiyyətli bölgə olan Deyr-əz-Zor şəhəri yaxınlığında ABŞ və onun müttəfiqlərinin qırıcıları Suriya qoşunlarına endirdiyi hava zərbələri nəticəsində qarşı tərəfin 80-dən çox hərbçisi həlak olmuşdu. Təbii ki, bu hava hücumundan sonra ABŞ və onun müttəfiqləri öz «səhf»lərini etiraf etsələr də, bu müddət ərzində «İslam Dövələti»nin qoşunları əks-hücuma keçmişdilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info