Bakıda diaqnostik qiymətləndirmədə 3 minə yaxın müəllim iştirak edəcək
Tarix: 04.11.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dünən Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə “Məktəb seminarları” layihəsi çərçivəsində yekun təlim-seminar təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən layihə “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılır.
Təlim-seminar çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyənləşdirilmiş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin məqsədindən və əldə olunan nəticələrdən danışıb. Paytaxtın bütün rayonlarını əhatə edən layihənin təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını söyləyən M.Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda məruzə ilə çıxış edib. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri sadalayan M.Vəliyeva əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Təlim-seminarda rayon üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimatı olub. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb. Məhəbbət Vəliyeva qeyd edib ki, bu il Bakı şəhəri üzrə diaqnostik qiymətləndirmədə təxminən 3 minə yaxın müəllim iştirak edəcək. Məhəbbət Vəliyeva qeyd edib ki, bu ilin noyabr-dekabr aylarında Bakıda əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb olunacaq. Bunun müəllimlərin əmək haqlarının artırılmasına xidmət edəcəyini deyən M.Vəliyeva qeyd edib ki, ötən müddətdə Bakıda çalışan təxminən 28 minə yaxın müəllim qiymətləndirilmədə iştirak edib. Onun sözlərinə görə, hazırda qiymətləndirmə üçün təşkilati işlər aparılır. Qiymətləndirilmənin dekabrda keçirilməsi planlaşdırılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info