“Ermənistan demoqrafik fəlakət astanasındadır”
Tarix: 30.03.2013 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


5-7 il sonra Ermənistanda ölüm səviyyəsi doğum səviyyəsini ötüb keçəcək. Artıq bu gün bu iki göstərici bir-birinə təhlükəli dərəcədə yaxındır. Bu barədə Ermənistan Mərkəzi Bankının sabiq başçısı Baqrat Asatryan məlumat verib: “Ermənistan demoqrafik fəlakət astanasındadır. Mühacirətin artan səviyyəsi Ermənistandan əhalinin kütləvi qaçışını xatırladır”.
Onun sözlərinə görə, yalnız rəsmi məlumatlara əsasən, təqaüd yaşlı insanların sayı artır, halbuki əmək qabiliyyətli insanların sayı azalır, bu da təbii ki, təkrar istehsalın səviyyəsinə təsir edir.
”Məlumatlara əsasən, hər 20 yaşlı qızdan beşincisi heç vaxt ana olmamağa məhkum edilib”, - deyə Asatryan bildirib. O qeyd edib ki, bu fonda Avropa Birliyinin miqrasiya problemlərinin həlli üzrə dəyəri cəmi 1 milyon avro olan proqramı ölkədə əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayacaq.
“Ondan başlayaq ki, bu proqram Ermənistandan mühacirətin ixtisarına yönəldilməyib. KİV-də həmin proqram yanlış təqdim edilib. Bu, Avropa Birliyinin 4 bənddən ibarət və yalnız bəndlərdən birinin Ermənistandan mühacirət edənlərin öz vətənlərinə dönməsinə aid olduğu növbəti proqramıdır. Proqramın başlıca məqsədi qeyri-qanuni miqrasiyanı istisna etməkdir”, - deyə Asatryan əlavə edib. O qeyd edib ki, əgər proqram miqrasiyanın miqyasını azaltmağa yönəlmiş olsa belə, 1 milyon avro bunun üçün kifayət etməz.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info