“Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır”
Tarix: 04.11.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Dmitri Savelyev: “Son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının həcmi əhəmiyyətli dərəcədə artıb”

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu günə qədər Azərbaycan Rusiyanın 19 regionu ilə ticari-iqtisadi münasibətlər sahəsində 36 saziş imzalayıb, bütövlükdə isə Rusiya Federasiyasının 78 subyekti bizim cənub qonşumuzla əlaqə saxlayır:
“Bu yüksəlişdə Regionlararası Forum inteqrasiya proseslərinin genişlənməsinə və konstruktiv təşəbbüslərin formalaşmasına kömək edən, biznes-strukturlar arasında təcrübə mübadiləsi və əlaqələrin tənzimlənməsi üçün imkan yaradan məkan rolu oynayır. Foruma maraq ilbəil artır: Bakı Forumunda Azərbaycanın 300-ə yaxın nümayəndəsi və Rusiyanın 9 regionundan 250-dən çox iştirakçı toplaşmışdı. Qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın bu cür birgə tədbirlər keçirdiyi yeganə ölkədir”. Dmitri Savelyev qeyd edib ki, Rusiya və Azərbaycan bir-biri üçün çox qiymətli ticari tərəfdaşlardır: “Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarına gedir. Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir: Azərbaycanın idxalında Rusiya 17,9 faiz pay ilə liderlik edir, respublikanın ümumi əmtəə dövriyyəsində bizim ölkəmiz 11,4 faiz təşkil edir. Bizim iqtisadi əməkdaşlıq potensialımız çox böyükdür və hər iki tərəf bu potensialı reallaşdırmaq üçün kifayət qədər səy göstərir. Son illərdə neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda ÜDM üçqat artıb, Neft Fondunun ehtiyatları artır, rəqabət qabiliyyətinə görə isə respublika iqtisadiyyatı dünyada 37-ci yeri tutur. Bu gün bütün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Deməli, ölkədə biznes üçün, o cümlədən Rusiya biznesi üçün də çox böyük imkanlar var”. O bildirib ki, son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya maşınqayırma məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikasının Azərbaycana ixracında da artım müşahidə olunur. Ölkələrimiz arasında əmtəə axınlarını daha fəal artırmaq üçün Rusiya ərazisində logistika mərkəzləri tikilməsi tələb olunur. VII Regionlararası Forumda Tümen və Nijni Novqorod vilayətlərinin nümayəndə heyətləri bunun zəruri olduğunu bildirdilər. Lap yaxın vaxtlarda Kaspiyskdə iri ticarət-logistika mərkəzinin tikintisi layihəsi həyata keçiriləcək. Azərbaycanın “CaspianInvest Group” şirkəti bu layihəyə 10 milyard rubl sərmayə qoyacaq. Aqrar sahədə tərəfdaşlığın prinsipcə yeni formaları yaranır: Dağıstanda fındıq yetişdirilməsi üzrə müştərək təsərrüfat yaradılması perspektivi müzakirə edilir. Üstəlik, Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır. Beləliklə, onların yetişdirdiyi kənd təsərrüfatı məhsullarının dövlətlərimiz arasında sərhəddən keçməsinə ehtiyac olmayacaq”. Dmitri Savelyev qeyd edib ki, təzəlikcə Pirallahı Texnoloji Parkının ərazisində əczaçılıq müəssisəsinin təməli qoyulub: “Bu, Rusiyanın “R-farm” şirkətinin, Azərbaycanın “VİTA-A” şirkətinin və “Azərbaycan İnvestisiya Şirkəti”nin birgə müəssisəsi olacaq. Yerli kimyəvi xammal əsasında işləyəcək və 2018-ci ilin sonunda istifadəyə veriləcək bu müəssisə Azərbaycan əhalisini ucuz dərman preparatları ilə təchiz edəcək, məhsulun bir hissəsi isə ixrac üçün göndəriləcək”. O bildirib ki, Xəzərdə dəniz turizmini inkişaf etdirmək, Şimali Qafqaz respublikalarından Azərbaycana turist qatarları göndərmək olar. Dağıstan ərazisindən keçməklə, Həştərxandan Azərbaycan sərhədinə qədər çəkilən avtomobil yolu da tezliklə istifadəyə veriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info