Elxan Məmmədov 11 pillə irəliləyib
Tarix: 04.11.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


C üdoçularımızın “Böyük dəbilqə” beynəlxalq turnirindəki çıxışı yüksək qiymətləndirilib
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Abu-Dabidə keçirilən Qran-pri turnirinin yekununa əsasən tərtib edilən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yarışda çempion adını qazanan Elxan Məmmədov yenidən “onluğ"a qayıdıb.
100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 11 pillə irəliləməklə, 8-ci yerə yüksəlib. Rio-2016-da olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində də gümüş medal qazanan Rüstəm Orucov (73 kq) da xal ehtiyatını artıraraq, birinci yerdəki mövqeyini möhkəmlədib. Reytinq xalını 3020-yə çatdıran cüdoçumuz ən yaxın izləyicisi Çanqrim Anla xal fərqini 440-a çatdırıb. Qran-pridən vətənə bürünc medalla qayıdan Tural Səfquliyev (90 kq) isə nə az, nə çox - 29 rəqibini qabaqlayıb. O, 50-ci yerə qalxıb. Millimizin digər aparıcı cüdoçularına gəlincə, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımova (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 2-ci, 14-cü, 7-ci, 1-ci, 20-ci və 40-cıdı. Həmyerlilərimizdən Tərlan Kərimovla (66 kq) Məmmədəli Mehdiyev (90 kq) isə geriləyib. Hərəyə 1 rəqibini özündən irəli buraxan təmsilçilərimiz müvafiq olaraq, 38-ci və 20-ci yerə eniblər. Ony da qeyd edək ki, noyabrın 11-də İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək. 2 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq. Məşqçilər Korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu sınamağı qərara alıb. Çempionatda 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Çempionlar Liqasında növbəti oyunlar keçirilib
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir
16.07.2019
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info