Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u tikiləcək
Tarix: 04.11.2016 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
 
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, sözügedən piyada keçidləri nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
 
İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Bu aşağıdakı ərazilərdir:
 
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbirstanlığının yaxınlığı), 13.7-ci km-i və 27.7-ci km-i (Ceyranbatan qəsəbəsi);
 
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i (Sulutəpə qəsəbəsi), 23.5-ci və 24.4-cü km-i (Müşfiq qəsəbəsi);
 
3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i;
 
4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid);
 
5. Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsi;
 
6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-i.
 
Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və "Sabunçu körpüsü"nün yaxınlığında inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. "Sabunçu körpüsü"nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.
 
Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir:
 
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  27-ci km-i (Ceyranbatan qəsəbəsi);
 
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);
 
3. Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid)
 
4. Mərdəkan-Zağulba yolunda ("Xrustalnı" adlanan ərazi);
 
5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;
 
6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;
 
7. Xətai rayonu, Neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M. Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;
 
8. Moskva prospekti, "Şamaxinka" adlanan ərazi.
 
İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkən hissədən ibarətdir. 
 
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info