Dünya azərbaycanlıları Almaniyaya axışır
Tarix: 04.11.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək. DAA-nın mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, 04 fevral 2017 -ci ildə baş tutacaq forumun təşkilatçısı Dünya Azərbaycanlıları Assambleyası iştirak edəcək şəxslərin viza dəvətnaməsi, qarşılanması prosesini həyata keçirəcək. Eyni zamanda assambleya Forumla bağlı digər təşkilatçılıq işlərini öz üzərinə götürür. Forumun keçirilməsində məqsəd dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək bundan başqa Azərbaycan təşkilatlarının bir- biri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına tövhə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir. Forumda əsasən təşkil ediləcək tədbirlər və proqram aşağıdakı kimidir : • Vision of Azerbaijan – Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı, • Almanların Azərbaycana köç etməsinin 200 illiyinə həsr olunan filmin nümayişi, • Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi • Dünya Azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr (Gürcüstan, İran, Dərbənddə, İraqda eləcədə yaşayan soydaşlarımızın digər kompakt yaşadığı digər ölkələrdə), • Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi • Dünya Azərbaycanlıları Assambleyasının (DAA) yaranma zərurəti, bugünə qədər görülən işlərin hesabatı, • DAA – nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyalar. Qeyd edək ki, Forumun keçirilməsi üçün məkan Hotel Ameron Regent seçilib (Ünvanı : Melatengürtel 15 , 50933 Köln, Deutschland) Forumda iştirak etmək istəyənlər aşağıdakı koordinatlarla əlaqə saxlaya bilərlər. İştirak edəcək şəxslərin yol və oteldə qalma xərcləri özləri tərəfindən qarşılanacaqdır. (+46) 766509811 Aida Məmmədova (İsveç) (+99451)7105115, (+99455)5808311 Könül Məmmədzadə (Azərbaycan) İstək, təklif, tövsiyyələrinizi eləcə də iştirakınızı təsdiq etmək üçün aşağıdakı e.mail ünvanına yaza bilərsiniz. world.azerbaijanis.assembly@gmail.com




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info