IV Bakı Beynəlxalq Teatr Konfransında 30-dan çox ölkədən qonaqlar iştirak edəcək
Tarix: 04.11.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda 38 ölkədən 150-ə yaxın teatrlar xadimi iştirak edəcək. Tədbirə dünyada tanınan 20-yə yaxın teatrşünaslar, teatr tənqidçisi qatılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri konfransın Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mətbuat konfransında səsləndirib.
Konfransa həsr edilmiş mətbuat konfransında nazir müavini deyib ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun olaraq keçirilir.
Bildirilib ki, artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən – Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka, Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Bakıya səfər edəcəklər.
Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunacaq.
Qonaqlar noyabrın 5-dən başlayaraq Bakıya gələcəklər. Noyabrın 6-da AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "İrəvan xanlığı" kitabının misirli alim Abdel Rahman Al Xamissi tərəfindən ərəb dilinə tərcüməsinin təqdimat mərasimi olacaq və qonaqlar Akademik Milli Dram Teatrında "Ölülər" tamaşasına baxacaqlar. Noyabrın 7-də IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında "Multikulturalizm və teatr" devizi ilə öz işinə başlayacaq. İştirakçı ölkələrdən tədbirə 140-dan çox qonaq qatılacaq.
Həmçinin noyabrın 6-da və 9-da Azərbaycan Dövlət Rus Dram Teatrında Boris Daussa-Pastorun "Karri Marqolis metodu", Azərbaycan Dövlət Musiqili Teatrında Pavel Rudnevin "Teatr teatrşünaslardan nə gözləyir", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Andrey Sidelnikovun "Aktyor sənətində improvizə", Azərbaycan Dövlət Musiqili Teatrında Devid Pərrişin "Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar" mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info