Beynəlxalq sərgidə Azərbaycanın stendi böyük uğur qazanıb
Tarix: 04.11.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


“Gömrük xidməti-2016” adlı XVII beynəlxalq sərgidə Azərbaycan Gömrük Xidmətinin təqdim etdiyi stend böyük uğur qazanıb. Sərgi Moskva şəhərindəki “Ekspomərkəz”də Rusiya Federal Gömrük Xidmətinin 25-ci ildönümü münasibətilə keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, dünyanın onlarla ölkəsindən 130-dan artıq şirkətin öz nailiyyətlərini nümayiş etdirdiyi tədbir “Rusiya gömrüyünün 25 illiyi: qabaqcıl texnologiyalar, effektivlik, tərəfdaşlıq” şüarı altında keçib. Tədbirin təşkilatçıları Rusiya Federal Gömrük Xidməti və R.O.S “Tamojinform” ASC olub.
 
Sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsini “Azərterminalkompleks” Birliyinin direktoru, Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Sərginin açılış mərasimində Rusiyanın prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. Budəfəki sərgi xüsusilə genişmiqyaslı olub: Azərbaycan, Latviya, Kuba, Ukrayna, Finlandiya, Fransa, Belarus, Belçika, Braziliya, Vyetnam, Almaniya, Yunanıstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Litva, Moldova, Monqolustan, Polşa, Seneqal, Slovakiya, Tacikistan, Tunis, Türkiyə, Özbəkistan, Estoniya, Yaponiya və bir sıra digər ölkələrin gömrük xidmətlərinin nümayəndələri Moskvada bir araya gəliblər. Ərazisi 1 500 kvadratmetrdən çox olan ekspozisiyada Rusiyanın iri sənaye müəssisələri, xarici iqtisadi fəaliyyət iştirakçıları, gömrük xidmətlərinin nümayəndələri, daşınma ilə məşğul olan şəxslər, anbar sahibləri, logistik şirkətlər, tikinti şirkətləri və xarici ticarətdə digər xidmətlər göstərən təşkilatlar təmsil olunub.
 
Sərgidə Azərbaycan tərəfinin təqdim etdiyi stend böyük uğur qazanıb. Dövlət Gömrük Komitəsinin stendində qabaqcıl aparat-proqram komplekslərinin tətbiqi və gömrük rəsmiləşdirməsi prosesinin optimallaşdırılması ilə bağlı son illər əldə olunan nailiyyətlər təqdim olunub. Stenddə Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının istismara verilməsindən söhbət açılıb. Vurğulanıb ki, yeni bina Azərbaycan Gömrük Xidmətinin dinamik inkişafının bariz nümunəsidir. Burada gömrük xidmətinin səmərəli fəaliyyətinin təşkili üçün “bir pəncərə” prinsipi kimi zamanla sınaqdan çıxmış yanaşmalar tətbiq olunub. Stendin ziyarətçilərinə bütün gömrük orqanlarında malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinə başlanması və “Yaşıl dəhliz” barədə videomaterialla məlumat verilib. Stenddə komitənin informasiya texnologiyaları sahəsində nailiyyətləri də nümayiş olunub.
 
Bundan başqa, sərgi çərçivəsində Dövlət Gömrük Komitəsinin xüsusi sifarişi əsasında hazırlanmış “Azərbaycan gömrüyünün fəaliyyəti poçt markalarında” adlı markalar toplusunun təqdimatı keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Azərmarka” şirkəti tərəfindən hazırlanmış markalarda tarixi, mədəni və bədii dəyəri olan müxtəlif əşyalar əks olunub. Bunlar sərhəddən qanunsuz keçirilməsinə cəhd edilən zaman gömrük orqanları tərəfindən saxlanılan, məhkəmə qərarı ilə müsadirə edilən və Dövlət Gömrük Komitəsinin müxtəlif muzey, elmi müəssisələr, dini konfessiyalara təmənnasız olaraq təhvil verdiyi əşyalardır.
 
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Dövlət Gömrük Komitəsinin stendini yüksək qiymətləndirib və Azərbaycan gömrüyünün ən yeni informasiya texnologiyalarına yiyələnməsi sahəsindəki uğurunu qeyd edib.
 
Sərginin fəxri qonağı və iştirakçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya da Azərbaycan Gömrük Xidmətinin stendinə baş çəkib və Azərbaycan gömrüyünün yeni layihələri ilə tanış olub.
 
“Gömrük xidməti-2016” sərgisinin yekun hissəsinin kulminasiyası isə “Gömrük Olimpi” mükafatının laureatlara təqdim edilməsi ilə bağlı təntənəli mərasim olub. Gömrük ekspertlərinin qiymətləndirmələrinə görə, mükafatın laureatları xüsusilə beynəlxalq ticarət, qabaqcıl gömrük texnologiyalarının tətbiqi, gömrük prosedurlarının şəffaflığı və Rusiya qanunvericiliyinə əməl olunması sahəsində uğur qazanıblar. Bu mərasimdə Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti də “Gömrük Olimpi” mükafatı və fəxri diplomuna layiq görülüb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info