Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib
Tarix: 04.11.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva son illər ölkəmizdə muzey işinin təşkili istiqamətində reallaşdırılan layihələrdən söz açıb. “Ölkəmizdə muzey işi sahəsində köklü islahatlar aparılır. Son bir neçə il ərzində Prezident İlham Əliyev muzey işinin inkişafına yönəlmiş 15-dən çox sərəncam imzalayıb. Ölkəmizin şəhər və rayonlarında müasir standartlara uyğun muzey binaları istifadəyə verilir, muzey ekspozisiyaları yenidən təşkil olunur. Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsi fəaliyyət göstərir”, - deyə nazir müavini vurğulayıb.
Sevda Məmmədəliyeva deyib ki, muzey sərvətlərinin elektron portalının istifadəyə verilməsi nəticəsində vahid elektron məlumat sistemi qurulub, istifadəçi interfeysləri hazırlanıb. Muzey fondlarında qorunub saxlanılan muzey əşyalarının bu portala daxil edilməsi bu eksponatların mühafizə və qeydiyyatını asanlaşdıracaq.
Daha sonra “Adzone” şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalının təqdimatı keçirilib.
Tədbirdə, həmçinin muzey işçiləri üçün portaldan istifadə qaydalarından bəhs edən treninq də təşkil olunub.
Məlumat verilib ki, ölkəmizdə fəaliyyət göstərən muzeylərin daimi mühafizəsi üçün hazırlanan portal yalnız daxili istifadə üçün nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info